"Qarabağ" "Şaxtyor" qarşısında aciz qaldı - Video

"Qarabağ" "Şaxtyor" qarşısında aciz qaldı - Video
Futbol, Video
26 Yanvar 2019 - 13:50

RİÇARD ALMEYDA PENALTİNİ BOŞA VERDİ


Supersport.Az-ın məlumatına görə, bu gün Antalya toplanışı çərçivəsində son yoxlama oyununda "Qarabağ" Donetsk "Şaxtyor"u ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi Ukrayna çempionuna məğlub olub. Hesab açılmamış ilk hissədə Maksim Medvedevin vurduğu top dirəyə dəyib, Mahir Mədətov qolkiperlə təkbətəki boşa verib. Bundan sonra "Şaxtyor" ilk taymda iki qol vurub. Fasilədən sonra "Qarabağ" fərqi azaldıb. "Şaxtyor" daha bir qol vurub. "Qarabağ"lı Riçard Almeyda isə penaltini boşa verib.


Qurban Qurbanovun komandası bundan əvvəl Antalya hazırlığı zamanı "Uypeşt"ə (Macarıstan) uduzub (0:1), "Bohemians"ə (Çexiya) qalib gəlib (3:1), "Pyast"la (Polşa) heç-heçə edib (1:1).
26 yanvar

Yoxlama görüşü

12:00. "Qarabağ" (Azərbaycan) - "Şaxtyor" (Ukrayna) 1-3


Qollar: Moraes, 26 (0:1), Marlos,  27 (0:2), Zubir, 64 (1:2), Mudrik, 76 (1:3)

Reallaşdırılmayan penalti: Almeyda, "Qarabağ", 80


Digər xəbərlər