"Qarabağ" "Şaxtyor"un xahişini qəbul etdi

"Qarabağ" "Şaxtyor"un xahişini qəbul etdi
Futbol
22 Yanvar 2019 - 16:01
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Antalyada dördüncü yoxlama oyununda "Qarabağ"ın "Şaxtyor"la qarşılaşmasının vaxtı müəyyənləşib.

Azərbaycan çempionu Ukrayna klubunun xahişinə əsasən görüş zamanını erkən keçirməyə razılıq verib. Donetsk təmsilçisi vətəninə planlaşdırdığı vaxtda qayıtmaq üçün belə addım atıb.

"Qarabağ" - "Şaxtyor" oyunu yanvarın 26-da Bakı vaxtıyla saat 12:00-da başlanacaq.

 

Digər xəbərlər