Qurban Qurbanov səhvləri dedi

Qurban Qurbanov səhvləri dedi
Futbol
16 Yanvar 2019 - 20:55
Supersport.Az-ın məlumatına görə, "Uypeşt"ə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti şərh edib.

"İlk oyunumuz idi. Bu gün optimal formadan uzağıq, düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım, hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq bəzi texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik" - deyə, mütəxəssis bildirib.

Digər xəbərlər