"Neftçi"nin iki legioneri məşqdən kənarda

"Neftçi"nin iki legioneri məşqdən kənarda
Futbol
14 Yanvar 2019 - 20:13
"Neftçi" Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verib.

Supersport.Az-ın kluba istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinin hazırlıq prosesində 24 futbolçu iştirak edir. Komandadan ayrılacağı gündəmdə olan legionerlər Slavko Braliç və Kvame Karikari toplanışa cəlb olunmayıb. Braliç Bakıda saxlanılaraq "Neftçi-2"də məşq edir. Karikari isə BƏƏ-də klub axtarır.

"Neftçi"nin Antalya toplanışında iştirak edən futbolçuların siyahısını təqdim edirik:

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;

Müdafiəçilər: 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov.

Yarımmüdafiəçilər: 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 17. Rəhman Hacıyev, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 36. Mamadu Kane, 93. Soni Mustivar;

Hücumçular: 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.

Digər xəbərlər