Muhamməd Salah komandasını qələbəyə daşıdı - Video

Muhamməd Salah komandasını qələbəyə daşıdı - Video
Futbol, Video
13 Yanvar 2019 - 10:44
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 22-ci turunda səfərdə "Brayton"un qonağı olan "Liverpul" rəqibini minimal hesabla məğlub edib. Məhəmməd Salahın 50-ci dəqiqədə penaltidən vurduğu qol komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 57-yə yüksəldən "Liverpul" zirvədəki yerini qoruyub. Liderdən 1 oyun az keçirən "Mançester Siti" 50 xalla 2-ci, 48 xalı olan "Tottenhem" 3-cüdür. "Çelsi" isə 44 xalla 4-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası, 22-ci tur 

12 yanvar (şənbə)

"Vest Hem" - "Arsenal" - 1:0

Qol: D. Rays, 48

"Brayton" - "Liverpul" - 0:1

Qol: M. Salah, 50-pen


"Börnli" - "Fulhem" - 2:1

Qollar: A. Şurle, 2, (0:1), C. Brayn, 20-avtoqol (1:1), D. Odoi, 23-avtoqol (2:1)

"Kardiff Siti" - "Haddersfild" - 0:0 

"Kristal Pelas" - "Uotford" - 1:2

Qollar: K. Kətçart, 38-avtoqol (1:0), K. Kətçart, 67 (1:1), T. Kleverli, 74, (2:1)

"Lester" - "Sauthempton" - 1:2

Qollar: C. U. Prouz, 11-pen (0:1), Ş. Lonq, 45 (0:2), U. Ndidi, 58 (1:2)

Digər xəbərlər