Ruslan Abışov: "Sumqayıt"ın "Neftçi"ni kənarlaşdırması sürpriz olmadı" - Video

Ruslan Abışov: "Sumqayıt"ın "Neftçi"ni kənarlaşdırması sürpriz olmadı" - Video
Futbol, Video
13 Yanvar 2019 - 09:37
Supersport.Az "Neftçi"nin futbolçusu Ruslan Abışovun fikirlərini videogörüntüyə alıb.

"Hazırlığa yeni başlamışıq. Düzdür, istirahətdən yenicə qayıtdığımız üçün məşqlərimiz ağır keçir. Amma bundan sonrakı məşqlərimiz daha rahat olacaq. Antalya toplanışında tam gücümlə iştirak edə biləcəm. Həkimlər və məşqçilər məsləhət bilsələr, yoxlama oyunlarının bəzilərində meydana çıxacam. Yəqin ki, mövsümün ikinci hissəsindəki rəsmi matçlarda oynamağım tam mümkün olacaq. Hazırda komandamız birinci yerdə gedir, hər şey yaxşıdır. Amma oyunlarımızı kənardan izləmək çox çətin idi. Mən də bu komandanın üzvüyəm, çox istəyirdim ki, meydanda olum. İnanıram ki, formamı bərpa edib, əsas heyətdə yer alacam. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik. Çətin olacağını bilirik, amma çempion olmaq üçün sonadək mübarizə aparacağıq".

Təcrübəli oyunçu, "Sumqayıt"ın "Neftçi"ni kubokda mübarizədən kənarlaşdırmasını sürpriz hesab etməyib.


 

Digər xəbərlər