Muhamməd Salah ikinci dəfə fərqləndi

Muhamməd Salah ikinci dəfə fərqləndi
Futbol
09 Yanvar 2019 - 20:06
Supersport.Az-ın məlumatına görə, "Liverpul"un aparıcı üzvlərindən olan Muhamməd Salah Afrikada ardıcıl olaraq ikinci dəfə ən yaxşı futbolçu seçilib.

Misirli oyunçuya mükafat Seneqalın paytaxtı Dakarda təqdim olunub.

Afrika Futbol Konfederasiyası məşqçilər və qurum rəsmiləri arasında keçirdiyi sorğuya əsasən ən yaxşı futbolçunu müəyyənləşdirib.

Salah seneqallı komanda yoldaşı Sadio Mane və 2015-də mükafatın sahibi olan qabonlu Pyer-Emerik Aubameyanqı geridə qoyub.

Qeyd edək ki, bu mükafat 1992-ci ildən təsis olunub və 17 futbolçu qazanıb. Ən çox, 4 dəfə - kamerunlu Samuel Eto'o və Fil dişi Sahilli Yaya Ture belə ada layiq görülüb.

Digər xəbərlər