Qvardiolanın komandası liderə qalib gəldi

Qvardiolanın komandası liderə qalib gəldi
Futbol
04 Yanvar 2019 - 08:06
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Supersport.Az-ın məlumatına görə, "Mançester Siti" - "Liverpul" oyunu gərginliyi, sürəti ilə seçilib.

İlk hissədə meydan sahibləri Serxio Aqueronun 40-cı dəqidqədə qolu hesabına fasiləyə üstün yollanıb. İkinci taymın 64-cü dəqiqəsində  qonaq komandanın futbolçusu Roberto Firmino bərabərliyi təmin edib. Lakin 8 dəqiqə sonra "Mançester Siti"li Leroy Sane komandasının qələbə qolunu vurub.

Komandalar arasında ilk dövrədə keçirilən matçında qolsuz heç-heçə qeydə alınmışdı.

"Liverpul" bu mövsüm ilk məğlubiyyətini "Mançester Siti"dən alıb.

00:00 "Mançester Siti" - "Liverpul" 2-1

Qeyd edək ki, turnir cədvəlində 54 xalla "Liverpul" liderdir. "Mançester Siti" 50 xalla ikinci, "Tottenhem" 48 xalla üçüncüdür.

Digər xəbərlər