Ronaldo: "Məğlubiyyət dünyanın sonu deyil"

Ronaldo: "Məğlubiyyət dünyanın sonu deyil"
Futbol
01 Yanvar 2019 - 18:51


"Yuventus"un hücumçusu Kriştiano Ronaldo növbəti açıqlamayla gündəmə gəlib.

Supersport.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu bildirib ki, ilk növbədə komandasının uğurlarını düşünür:

"Mənim üçün ən vacib komandaya kömək edib uğur qazandırmaqdır. Hər il rəqiblərin texniki, taktiki və fiziki hazırlığı yüksəlir və bütün turnirlərdə qələbə əldə etmək çətinləşir. Buna görə də zirvədə qalmaq üçün daha çox çalışmaq lazımdır. Uğurlar olanda xoşbəxt olduğumu gizlətmirəm. Ancaq məğlubiyyət olsa, alınmasa, bu, dünyanın son deyil".

Qeyd edək ki, K.Ronaldo 2018-ci ilin yayında "Real"dan "Yuventus"a transfer olub.

Digər xəbərlər