Rəşadla Təmkin "Sabah"da

Rəşadla Təmkin "Sabah"da
Futbol
30 Dekabr 2018 - 00:37
Supersport.Az-ın məlumatına görə, "Sabah" qış fasiləsində növbəti transferini rəsmiləşdirib. Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, "Sabah"da 17 nömrəli forma geyinəcək.

Karyerası ərzində "Qarabağ", AZAL, "Zirə" komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu "Qəbələ" olub.

Təmkin əsas millimizdə 10 oyun keçirib, 1 qola imza atıb.


Xatırladaq ki, Xəlilzadə "Sabah"ın qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Klub bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlamışdı.

Digər xəbərlər