"Azərbaycanda bəziləri bizə rüşvət təklif edirlər" - AMADA-nın direktoru - Video

"Azərbaycanda bəziləri bizə rüşvət təklif edirlər" - AMADA-nın direktoru - Video
Digər, Video, Dopinq
25 Dekabr 2018 - 20:23
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Milli Antidopinq Agentliyi direktoru Şəfəq Hüseynli illik hesabatda şok açıqlama verib.

AMADA-nın rəhbəri mətbuat konfransında bildirib ki, cari ildə qurum 817 test keçirib, 44 bioloji pasport təqdim olunub. Ən çox güləş (16,8 faiz), futbol (14,9 faiz), velosiped idmanı (11.22 faiz), boks, taekvondo və digər idman növləri üzrə yoxlama aparılıb. İl ərzində 35 antidopinq qayda pozuntusu qeydə alınıb. Testlər ötən illə müqayisədə iki dəfə çoxdur. 2017-ci ildə agentlik tərəfindən 402 test götürülüb.

"Dopinq nəzarəti olanda idmançıları qaçırırlar. Bu qanuna, antidopinq qaydalarına ziddir. Federasiyalar, idmançılar cəza ilə üzləşə bilərlər. Bəzi federasiya, məşqçi, idmançılar qaydaları pozur, bizə rüşvət təklif edirlər. AMADA tam şəffaf, beynəlxalq standartlara uyğun işləyir. Qanun və qaydalara zidd hərəkət edənlərə qarşı sanksiya tətbiq olunacaq" - deyə, AMADA-nın direktoru Şəfəq Hüseynli qeyd edib.

Ş.Hüseynli bildirib ki, AMADA 2019-cu ildə hüquq-mühafizə orqanları ilə birgə bir neçə əməliyyat keçirməyi planlaşdırır.

"Peşəkar idmançılarla yanaşı, müxtəlif fitnes-zallarda məşqçilər tərəfindən yeniyetmələrə bəzi hormonal tərkibli maddələrin verilməsi qanuna ziddir. Bu cür halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək".

AMADA-ının inspektorları 2018-ci il Qış Olimpiya Oyunlarında, Asiya Oyunlarında çalışıblar.

Digər xəbərlər