Riçard Almeydanın komandasının büdcəsi

Riçard Almeydanın komandasının büdcəsi
Futbol
25 Dekabr 2018 - 15:45
Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana”nın builki büdcəsi açıqlanıb.

Supersport.Az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, 2018-ci ildə ölkəsinin ardıcıl beşqat çempionunun büdcəsi 31 milyon dollar təşkil edib.
Bu rəqəmin əvvəlki illərlə müqayisədə artıb: 2016-cı ildə 22, 2017-ci ildə 29 milyon dollar büdcə olub.

Qeyd edək ki, "Astana" bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayanıdırıb. Daha sonra Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan komanda 8 xalla qrupu 3-cü pillədə başa vurub.

 

Digər xəbərlər