İlham Əliyev Həbib Nurmuhammədovu ölkəmizə dəvət etdi

İlham Əliyev Həbib Nurmuhammədovu ölkəmizə dəvət etdi
Digər, MMA, UFC
24 Dekabr 2018 - 01:59
Supersport.Az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Bakıda səfərdə olan UFC çempionu Həbib Nurmuhammədov (Nurməhəmmədov) yenidən Azərbaycana dəvət olunub.

Bu haqda məğlubedilməz dünya çempionunun atası, məşqçisi bildirib. Həbib karyerasında keçirdiyi 27 döyüşün hamısında qələbə qazanıb.

Abdulmanap Nurmuhammədov Rusiya mətbuatına açıqlamasında deyib ki, döyüşçünün cəza müddəti artsa, dünya ölkələrinə daha çox səfər edəcəklər.

"Cəza müddəti 9 ay çəksə, səhər məşqində fiziki hazırlığa da xüsusi önəm verəcəyik. Gündə 3.5 saat məşq edəcəyik. Dünya ölkələrinə də gedəcəyik. İstənilən halda, 100 gün ciddi hazırlaşmaqla güclü idmançı qarşısına çıxmaq olar. Rəqibləri biz seçəcəyik".

Onun sözlərinə görə, idmançıya 6 ölkə prezidentindən dəvət gəlib və bununla bağlı qarşı tərəflərə hələ ki, cavab verməyiblər. Mütəxəssisin bildirdiyinə əsaslansaq, Azərbaycan prezidenti İlham Əliyev də Həbib Nurmuhammədovu ölkəsində görmək istəyir.

"Müsəlmanların çox olduğu Malayziya, İndoneziyadan dəvət almışıq. Məni və Həbibi bu ölkədə çox istəyirlər. Qonşularımız Azərbaycan, Türkmənistandan da dəvət almışıq. Qırğızıstan prezidenti şəxsən dəvət edib. Bu ölkə bizə xüsusi diqqət yetirir".

Həbiblə atası bu ilin iyununda Azərbaycan paytaxtı Bakıda səfərdə olub.

Xatırladaq ki, oktyabrın 7-də Həbib Nurmuhammədov irlandiyalı Konor Makqreqoru 4-cü raundda nokaut edərək, titulunu qoruyub. Bunun ardından dağıstanlı döyüşçü onu təhqir edən azarkeşlərə hücum çəkib. Hər iki idmançı dekabrın 10-dək cəzalanıb.

Həbiblə Makqreqor Nevada ştatının Atletika Komissiyasndan yenidən işə baxılmasını təxirə salmağı istəyib və müsbət cavab verilib.

 

Digər xəbərlər