"Formula 1"də Azərbaycan fərqi

"Formula 1"də Azərbaycan fərqi
Digər, Formula-1
24 Dekabr 2018 - 00:50
Formula 1 rəhbərliyi ötən mövsümdə yarışların izlənməsi ilə bağlı məlumatlar açıqlayıb.

Supersport.Az-ın xəbərinə görə, bildirilib ki, 2018-ci ildə dünya çempionatına gələnlərin sayı 2017-ci illə müqayisədə 2,7 faiz çox olub.

Ən populyar mərhələ Böyük Britaniya Qran-Prisi olub. Bu yarışları üç gün ərzində 340 min tamaşaçı izləyib. İkinci yeri Meksika Qran-Prisi (334 min 946 tamaşaçı), üçüncü yeri isə Avstraliyanın Melburn şəhərində ilk dəfə keçirilən Qran-Pri (295 min tamaşaçı) tutublar.

Formula 1 mərhələlərinin orta izlənmə göstəricisi 194 919 nəfər olub. Tamaşaçıların sayında ən çox artım Azərbaycan (+31,6 faiz), Avstriya (+27,6 faiz), Yaponiya (+20,4 faiz) və Kanadada (+11,4 faiz) olub.

Formula 1 yarışlarının 21 mərhələsi ümumilikdə isə 4 093 305 nəfərlik tamaşaçı auditoriyası toplayıb.

2018 Azerbaijan GP

Digər xəbərlər