Güləş üzrə millimizin yeni baş məşqçisinin adı bəlli oldu

Güləş üzrə millimizin yeni baş məşqçisinin adı bəlli oldu
Digər, Güləş
22 Dekabr 2018 - 00:01
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində dəyişiklik edilib.

Supersport.Az  Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, bundan sonra millimizi Saypulla Absaidov çalışdıracaq. 2009-2012-ci və 2015-2016-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən Saypulla Absaidov son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib.

Dekabrın 21-də Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifələrini icra edən Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Millimizin sabiq çalışdırıcısı Firdovsi Umudov isə bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək.

Digər xəbərlər