Finalda "Real Madrid"lə "Əl-Ayn" qarşılaşacaq

Finalda "Real Madrid"lə "Əl-Ayn" qarşılaşacaq
Futbol
20 Dekabr 2018 - 20:50
Supersport.Az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində klubların dünya çempionatında finalçılar müəyyənləşib.

Yarımfinalda Yaponiyanın "Kaşima Antlers" komandasını 3:1 hesabı ilə məğlub edən Madrid "Real"a vəsiqə qazanıb. UEFA Çempionlar Liqası qalibinin heyətində hər 3 qolu Gareth Bale vurub.

Digər finalçı isə "River Pleyt" (Argentina) – "Əl-Ayn" (BƏƏ) qarşılaşmasında müəyyənləşib. Əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatan oyunda meydan sahibləri penaltilər seriyasında qalib gəliblər - 5:4.

Beləliklə, dekabrın 22-də Əbu Dabidə keçiriləcək finalda “Real Madrid" və "Əl-Ayn" komandaları qarşılaşacaq. Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin heyətində ən tanınmış futbolçu İsveç millisindən yaxşı tanınan Marcus Bergdir.

Dekabrın 22-də 3-cü yer uğrunda oyunda isə "Kaşima Antlers" və "River Pleyt" üz-üzə gələcək.

Digər xəbərlər