AFFA Ceyhun Sultanovun cəzasını yüngülləşdirdi

AFFA Ceyhun Sultanovun cəzasını yüngülləşdirdi
Futbol
15 Dekabr 2018 - 17:06
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Supersport.Az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığıncaqda “Neftçi” tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb. Klubun şikayətini təmin edən qurum Ceyhun Sultanovla bağlı qərarı dəyişib. Paytaxt təmsilçisinin menecerinin 10 oyunluq cəzası 5-ə, kluba tətbiq olunan 16 min manatlıq cərimə isə 8 minə endirilib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi C. Sultanovu Topaz Premyer Liqasının 13-cü “Sabah”la oyunundan kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə cəzalandırmışdı.

Digər xəbərlər