Qurban Qurbanovun getməsi Elxan Məmmədovu sevindirdi

Qurban Qurbanovun getməsi Elxan Məmmədovu sevindirdi
Futbol, Eksklüziv
08 Dekabr 2018 - 23:33
Supersport.Az-ın məlumatına görə, AFFA-nın milli komandanın baş məşqçisi Qurban Qurbanovla yolların ayrılmasıyla qərarı baş katib Elxan Məmmədovu sevindirib.

Mütəxəssis yığmaya təyin olunan zaman qurum rəsmisi məyus halda gözə dəymişdi. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra isə Elxan Məmmədov AFFA-nın binasında sevincini açıq-aşkar göstərib. İcraiyyə Komitəsinin toplantısının ardından qurum rəsmisinin bu hərəkəti əməkdaşımızın diqqətindən yayınmayıb. Hətta baş katib Elxan Məmmədov vitse-prezident Elşad Nəsirovla gülərək danışıb.

Məmmədov, Azərbaycan yığmasının Kosovoya ağır hesablı məğlubiyyətində ittiham olunurdu. Yayılan xəbərlərdə bildirilmişdi ki, baş katibə yaxın millidə çıxış edən legioner futbolçular qəsdən oynamayıblar. Bundan başqa, sosial şəbəkələrdə Məmmədova yaxın şəxslər Qurbanovun istefasını tələb etmişdilər.

Qurban Qurbanov isə, şok uğursuzluğun ardından futbolumuzun diaqnozunu qoyaraq, sıfırdan başlamağın vacibliyini vurğulamışdı.

Digər xəbərlər