AFFA-dan "Neftçi"nin direktoruna şok cəza

AFFA-dan "Neftçi"nin direktoruna şok cəza
Maqazin
04 Dekabr 2018 - 19:01
Supersport.Az-ın məlumatına görə, "Neftçi" klubunun idman direktoru Ceyhun Sultanov AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb.

C.Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub. Matçın 33-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.Oyunun 70-ci dəqiqəsində "Sabah"ın futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb, klub 200 manat cərimələnib.Qarşılaşmanın 84-cü dəqiqəsində “Neftçi”nin  futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. "Sabah"ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq klub  tərəfindən ödəniləcək.


Digər xəbərlər