Taekvondoçularımız dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Taekvondoçularımız dünya çempionatında yarımfinala vəsiqə qazanıb
Digər, Taekvondo
24 Noyabr 2018 - 21:41
Supersport.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Fucairah şəhərində komandalararası dünya çempionatı keçirilir. Çempionatda 5 kişi taekvondoçu ilə təmsil olunan komandamız artıq yarımfinala vəsiqə qazanıb.

Dünya çempionatında mübarizə aparan heyətin tərkibində Radik İsayev (+87 kq), Milad Herçeqani (80 kq), Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov (68 kq) və Payyam Qobadi (+87 kq) yer alıb.
Çempionatda İlk qarşılaşdığı İran komandasına məğlub olan (66:58) təmsilçilərimiz ardıcıl olaraq Özbəkistan (55:38) və Çin (63:46) komandalarına qalib gələrək farimfinala vəsiqəni təmin ediblər. Baş məşqçilər Rza Mehmandost, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə yarışda uğurlu çıxış edən millimizin finala gedən yolda rəqibi Rusiya komandası olacaq.
Yarımfinal və final döyüşləri sabah keçiriləcək.

Digər xəbərlər