"İslam dininə düzgün əməl etməli, dövlətin əsgəri olmalıyıq" - Video

Digər, Video
24 Noyabr 2018 - 16:39
Supersport.Az Təhsil Nazirliyinin "Təhsil" idman mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "İslam dini və müasir gənclik" mövzusunda keçirilən seminardan videogörüntü hazırlayıb.
Bakı şəhərinin 3 saylı uşaq yaradıcılıq mərkəzinin akt zalında baş tutan tədbirdə 100-ə yaxın pedaqogi işçi və idmançı iştirak edib.
Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin qorunmasına həssas olan 2 nömrəli RİOEUGİM, gənc idmançıların İslam dini mövzusunda maarifləndirilməsini də diqqətdə saxlayır.
Məktəbin direktoru Əjdər Cəfərov bildirib ki, tədbirin keçirilməsində məqsəd öz milli və dini tolerantlığı ilə ad çıxaran ölkəmizin həmişə tamam fərqli mövqedə olması, bütün dini etiqadları və etnik azlıqları təşviq etməsi, əsrlərin sınağından süzülüb-gələn İslam ənənələrinin mühafizəsinə layiqli töhfə vermək, idmançıları bu sahədə düzgün tərbiyələndirməkdir. Mütəxəssis, ölkəmizin Bakı-2017 İslam həmrəyliyi oyunlarına ev sahibliyi ilə bu iki sahənin ayrılmaz vəhdətini təşkil etməsini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Vəlizadə deyib ki, müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların vətəni olan Azərbaycanda mövcud olan multikultural və toleratlıq ənənələri günümüzə qədər davam edir. Bu gün resbulikamızda dini etiqad azadlığı tam təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Narkomaniya və radikalizmə qarşı mübarizənin əhəmiyyətinə diqqəti çəkən aparıcı məsləhətçi, idmançıların vətən, dövlət, həmçinin millətə sadiq olmasının vacibliyini qeyd edib və onlara olimpiya çempionluğu diləyib.
"Əməkdar bədən tərbiyəsi və idman xadimi", professor Cavanşir Qurbanov İslam dinin mühüm faydası olduğunu qabardıb:
"İslam dininə düzgün əməl etməli, dövlətin əsgəri olmalıyıq. Bütün ölkələrin dili, dininə hörmətlə yanaşmalıyıq. İdmançılar yalnız yarış meydanında rəqiblərinə qarşı amansız, qalib gəlib himnimizi səsləndirməli və bayrağımızın qaldırılmasına nail olmalıdırlar".