Qurban Qurbanov biabırçılıq haqda: "Məğlubiyyət gözləyirdim"

Qurban Qurbanov biabırçılıq haqda: "Məğlubiyyət gözləyirdim"
Futbol
21 Noyabr 2018 - 13:26





UEFA Millətlər Liqası turnirinin qrup mərhələsində keçirilmiş Kosovo – Azərbaycan oyunundan sonra mətbuat konfransında millimizin baş məşqçisi Qurban Qurbanovun fikirlərini bildirib.



"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovo millsinin gücünü bilirdik. Bu gün məğlubiyyət gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə oldu. O da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı. Futbolçuların üstünə çox getməyək. Bu gün rəqibin əsl gücü tam bilindi. Rəqib komandanın oyunçularının fərdi ustalığı göz oxşayırdı. Kosovo millisinə uğurlar arzulayıram" - deyə, çalışdırıcı qeyd edib.







Digər xəbərlər