Ramil Quliyev Türkiyə ordusunda - Foto

Ramil Quliyev Türkiyə ordusunda - Foto
Atletika, Digər, Foto
17 Noyabr 2018 - 11:58
Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə silahlı qüvvələrində ilk təlimlər keçib.

Supersport.Az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 200 m məsafədə dünya və Avropa çempionu olan idmançı hərbi xidmətdə əsgər andı içib. Quliyev ödənişli qısamüddətli xidmət üçün hərbiyə cəlb olunan 417 nəfər sırasında yer alıb.

Qeyd edək ki, Türkiyə yığmasında çıxış edən Ramil 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb.









Digər xəbərlər