Millimizdən mühüm qələbə - Video

Millimizdən mühüm qələbə - Video
Futbol, Video
17 Noyabr 2018 - 22:55
Millətlər Liqasında 5-ci turun son oyunları keçirilib.


Supersport.Az-ın xəbərinə görə, D Liqasının 3-cü qrupunda mübarizə aparan yığmamız da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası son ev oyununda Farer adaları ilə qarşılaşıb. Səfərdə bu rəqibinə 3 cavabsız qolla qalib gələn millimiz evdə 2 qolla qələbə qazanıb.

Yığmamız 1-ci yer uğrunda yarışda əsas rəqibi Kosovo ilə səfər matçı öncəsi mütləq 3 xal qazanmalıdır.

17 noyabr

Millətlər Liqası
D Liqası, 3-cü qrup

21:00. Azərbaycan – Farer adaları 2-0


Qollar: Raqnar Nattestad-avtoqol, 18, Mahir Mədətov, 28

Hakimlər: Dimitrios Masias, Marios Kalogerou, Ioannis Lazarou, Omiros Tziortzis, Vasilis Dimitriou, Loukas Sotiriou (hamısı Kipr)

Bakı Olimpiya Stadionu.

Digər xəbərlər