Ayxan Abbasov "Sumqayıt"da

Ayxan Abbasov "Sumqayıt"da
Futbol
15 Noyabr 2018 - 00:02


Ayxan Abbasov "Sumqayıt" futbol klubunun baş məşqçisi təyin olunub. Onunla 2019/2020-ci illər mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Supersport.Az xəbər verir ki, Ayxan Abbasov futbolçu karyerası dövründə "Xəzri Buzovna", "Şəfa Bakı", MOİK, "Turan Tovuz" və "Qarabağ" kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedici heyətində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın baş məşqçisi olub. Onun rəhbərliyi altında adıçəkilən klub 2016/2017-ci illər mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb. “Zirə” Ayxan Abbasovun rəhbərliyi ilə 2017/2018-ci illər mövsümünü də 4-cü pillədə başa vurub.

Digər xəbərlər