UEFA reytinqi: Azərbaycan İsraili geri atdı

UEFA reytinqi: Azərbaycan İsraili geri atdı
Futbol
09 Noyabr 2018 - 09:58
Avropa Liqasının qrup mərhələsinin dördüncü tur oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, oynanılan matçların ardından Azərbaycan irəliləyib.

Təmsilçimiz "Qarabağ" "Vorskla"nı məğlub etdiyi (0:1) üçün xal ehtiyatımız artıb. Bu qələbəylə xalını 18.500-dən 19.000-a çatdıran ölkəmiz bir pillə yüksələrək 26-cıdır.
Bununla Azərbaycan İsraili (18.625 xal) geri atıb. Ermənistan (5.250 xal) isə 55 ölkə sırasında 44-cüdür.

Digər xəbərlər