Millimizin legioneri finalda, Rafael Ağayev uduzdu - Şəkil

Millimizin legioneri finalda, Rafael Ağayev uduzdu - Şəkil
Karate, Digər, Foto
07 Noyabr 2018 - 19:46
Supersport.Az-ın məlumatına görə, İspaniya paytaxtı Madriddə təşkil olunan 24-cü dünya çempionatında əksər karateçilərimiz ümidləri doğrultmur.

Qadınlardan ibarət karate yığma komandamızın lideri İrina Zaretska (-68 kq) uğurlu döyüşərək finala vəsiqə qazanıb. Feryal Abdeləzizə (Misir) 4:3, Dildor Annadurdiyevaya (Özbəkistan) 4:0, Elena Quiriçiyə (İsveçrə) 5:0, Miroslava Kopunovaya (Slovakiya) 4:0 və həmvətəni Qalina Melnikə (Ukrayna) 1:1 hesabı ilə qalib gələn ukraynalı legionerin həlledici qarşılaşmada rəqibi rusiyalı Viktoriya İsaeva olacaq. Final görüşü 10 noyabrda keçiriləcək.

Tanınmış karateçimiz Rafael Ağayev Allan Maldonadoya (Qvatemala) 4:1, Xulio İçikiyə (Argentina) 2:1, Qabor Harspataki (Macarıstan) 1:0, Matias Rodrigesə (Çili) 6:0 hesabıyla qalib gəlsə də, yarımfinalda italiyalı Luici Busaya 1:2 hesabıyla məğlub olub.

R.Ağayevin 10 noyabrda bürünc medal uğrunda rəqibi özbək Dastonbek Otabolaev olacaq.

 





 



 

Digər xəbərlər