Karateçilər üçün antidopinq seminarı təşkil olunub

Karateçilər üçün antidopinq seminarı təşkil olunub
Karate, Digər
31 Oktyabr 2018 - 20:42
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) məşqçiləri və əsas milli komandanın heyəti üçün qadağan olunmuş preparatlar və sanksiyalara həsr olunmuş növbəti seminar keçirilib.

AMKF-dən Supersport.Az-a xəbər veriblər ki, seminarı AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və Terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini Fərid Əliyev aparıblar.

Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə idmançıları tanış ediblər. Daha çox yayılan məqamları geniş izah edən AMADA-nın nümayəndələri qadağan olunmuş preparatlardan istifadə və sanksiyalar barədə geniş məlumat veriblər.

Seminarda iştirak edən AMKF-in prezidenti Yaşar Bəşirov, dünya çempionatı ərəfəsində bu tədbirin keçirilməsinin çox vacib olduğunu bildirərək, AMADA rəsmilərinə minnətdarlığını çatdırıb.

Digər xəbərlər