"Qarabağ"dan paylaşım: "Tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır!" - Video

"Qarabağ"dan paylaşım: "Tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır!" - Video
Futbol, Video
31 Oktyabr 2018 - 14:52


Bu gün "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə səfərdə heç-heçə etdiyi oyundan 1 il ötür.

Supersport.Az-ın məlumatına görə, ötən ilin bu günü - 31 oktyabrda Ağdam klubu çətin Madrid səfərində Avropa nəhəngi ilə 1:1 bərabərə qalaraq, Azərbaycan futbolunda yeni tarix yazmışdı. Bakıdakı qolsuz bərabərlikdən sonra səfərdə Miçelin başla vurduğu qol təmsilçimizə qrup mərhələsində 2-ci xalı qazandırmışdı. Məhz "Qarabağ"la oyunlardakı xal itkilərinə görə "Atletiko" qitənin ən nüfuzlu turnirində pley-offa adlaya bilməmişdi.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsinə düşən ilk klubdur.

Əlavə edək ki, bu uğurla bağlı "Qarabağ" bu gün sosial səhifəsində videoçarx paylaşıb. Videoçarxda kapitan Rəşad Sadıqovun oyun günü səhər Madrid küçəsindəki məşqi zamanı dediyi sözlər də yer alıb. Videoda Rəşad "Atletiko" ilə görüşdə uğur qazanaraq Qarabağın Azərbaycana məxsus olduğunu növbəti dəfə sübut edəcəklərini deyir. Həmin günün axşamı isə Ağdam klubu Madriddə sensasiyaya imza ataraq bir xal qazanır.






 







 

Digər xəbərlər