"Real" baş məşqçisini qovdu

"Real" baş məşqçisini qovdu
Maqazin, Futbol
30 Oktyabr 2018 - 01:19
Supersport.Az-ın məlumatına görə, "Real Madrid" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.

Klubun yaydığı xəbərdə Madrid təmsilçinin bu gün keçirdiyi iclasda belə qərar verdiyi bildirilib. Komandanın uğursuz çıxışı səbəbindən ispan mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv edilib.
Açıqlamada komandanın oyunçuları ilə məşqçi heyətinin səviyyəsi arasında böyük fərq olduğu vurğulanıb. "Real"ı müvəqqəti olaraq "Kastilya"nın baş məşqçisi Santiano Solarinin çalışdıracağı bildirilib.
Son olaraq "El-Klassiko"da "Barselona"ya 1:5 hesabı ilə uduzan "Real" La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki,  X.Lopeteqi bu ilin yayında Madrid klubunun baş məşqçisi təyin edilmişdi. Bu xəbər yayılanda o, İspaniya yığmasından qovulmuşdu. Adıçəkilən məşqçiylə 14 oyuna çıxan "Real" 6 qələbə qazanıb, 6 məğlubiyyət alıb, 2 oyunda heç-heçəyə razılaşıb, top fərqi 20-21 olub.

Digər xəbərlər