Cüdoçuların açıq paytaxt çempionatına yekun vuruldu

Cüdoçuların açıq paytaxt çempionatına yekun vuruldu
Digər, Cüdo
28 Oktyabr 2018 - 09:14
Sərhədçi” Olimpiya İdman Mərkəzində cüdoçuların açıq Bakı çempionatına yekun vurulub.

 

Supersport.Az xəbər verir ki, yarışın sonuncu günündə kişilərdə növbəti 5 çəkidə qaliblər müəyyənləşib.

 

Gərgin mübarizədə Elmin Hüseynov (60 kq), Asim Qulamzadə (73 kq), Coşqun Abdullayev (90 kq), Hikmət Alışov (100 kq) və Hüseyn Məmmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

2 gün davam edən paytaxt çempionatında 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) çıxış ediblər.

Digər xəbərlər