Millimizdən irəli addım

Millimizdən irəli addım
Futbol
25 Oktyabr 2018 - 18:49
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1207 xalla 107-ci yerdədir.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 1251 xalla 95-ci (-3), Kosovo 1099 xalla 137-ci (+1), Malta isə 927 xalla 183-cü (0) yerdədir.
 Qeyd edək ki, siyahıya 1733  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1732), Braziliya isə 3-cü (1669) yerdə qərarlaşıb.

Digər xəbərlər