Fərhad Rəcəblidən 8-ci dünya çempionluğu

Fərhad Rəcəblidən 8-ci dünya çempionluğu
Digər, Cüdo
21 Oktyabr 2018 - 00:10
Supersport.Az-ın məlumatına görə, Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan millisi uğurlu çıxış edir.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan güclü rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb. Bu idmançımızın usta cüdoçular arasında qazandığı 8-ci çempionluqdur.

Yarışın ikinci günü İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.

Digər xəbərlər