Abubakr Abakarov təsəlliverici görüşə çıxacaq

Abubakr Abakarov təsəlliverici görüşə çıxacaq
Digər, Güləş
20 Oktyabr 2018 - 20:11
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb.

İlk yarış günündə 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Pərviz İbrahimov təsnifat mərhələsində kanadalı rəqibinə qalib gəlib. Ancaq növbəti mərhələdə yapon güləşçi keçilməz olub.
Gənclərin son dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov böyüklərin mundialında ilk görüşünü rahat qələbəylə başa vurub. Təmsilçimiz çətinlik çəkmədən israilli həmkarını üstələyib. Debütant monqolustanlı güləşçi üzərində əzmkar qələbəyə sevinib. Son saniyələrdə icra etdiyi fənd həlledici olub.
Murad Süleymanov ilk mərhələdə ötən il Avropa çempionu olan Rusiya təmsilçisinə uduzub.onşu ölkənin təmsilçisi finala çıxdığından Abubakr təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb. Abakarov sabah Bekzod Abdurrahmanov (Özbəkistan) - Andrey Sokalski (Polşa) qarşılaşmasının qalibiylə üz-üzə gələcək.
Cəmaləddin Məhəmmədov debütdə Rio Olimpiadasının bürünc medalçısıyla bacarmayıb.

61 kq
1/8 final - Pərviz İbrahimov - Kazuya Koyanaqi (JPN) 4:9
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN) 8:6

74 kq
1/4 final - Abubakr Abakarov - Avtandil Kentçadze (GEO) 2:5
1/8 final - Abubakr Abakarov - Mandaxnaran Qanzoriq (MGL) 6:5
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR) 10:0

86 kq
Təsnifat - Murad Süleymanov - Dauren Kuriqliyev (RUS) 0:7

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - İbrahim Saidov (BLR) 3:4

Digər xəbərlər