"Qalatasaray"ın İbrahim Şehiçi istəməyi qürurvericidir"

"Qalatasaray"ın İbrahim Şehiçi istəməyi qürurvericidir"
Futbol
20 Oktyabr 2018 - 07:31
2017/18 mövsümünün sonu "Qarabağ"dan ayrılan və hazırda "Ərzurumspor"un şərəfini qoruyan İbrahim Şehiçi yay transfer pəncərəsində "Qalatasaray", "Fənərbağça" və "Trabzonspor" da transfer etmək istəyib.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 30 yaşlı qolkiperin meneceri Fatih İlek məlumat verib.

O, "Qalatasaray"ın hazırda Şehiçlə maraqlanması barədə xəbərləri şərh edərkən bu haqda söyləyib. F.İlek bildirib ki, Şehiçin "Ərzurumspor"la 1 illik müqaviləsi var:

"Mövsümün əvvəlində bu kluba keçməsi üçün çox çalışdıq. "Qalatasaray"ın Şehiçi istəməyi qürurvericidir, amma o, "Ərzurumspor"un oyunçusudur və qərarı klub verəcək. Klublar arasında şərtlər uyğun olarsa və bizdən köməklik istəsələr, transfer üçün əlimizdən gələni edəcəyik".

F.İlek Şehiçin Türkiyədə ən yaxşı üç qapıçıdan biri olduğunu vurğulayıb.

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edən Şehiç bu mövsüm "Ərzurumspor"un heyətində 6 Superliqa matçına çıxıb və 5 qol buraxıb.

Digər xəbərlər