"Qarabağ" üç legionersiz məşq edir

"Qarabağ" üç legionersiz məşq edir
Futbol
16 Oktyabr 2018 - 21:47






"Qarabağ" Azərbaycan Premyer Liqasının VIII turunda qarşılaşacağı "Səbail"lə matçın hazırlığını davam etdirir. Komandamız bir günlük istirahətin ardından çalışmaları bərpa edib. Məşq təxminən 1 saat davam edib. Futbolçular yüngül toplu çalışmalarla hazırlığı başa vurub.

Supersport.Az-ın məlumatına görə, millidə olan futbolçular da komandaya qoşulub. İslandiya millisinə dəvət alan qapıçı Hannes Halldorsson bu gün Bakıya gələcək. Bolqarıstan yığmasında yer alan Simeon Slavçev və Konqo seçməsinin üzvü Con Delarjisə bu gün baş tutacaq oyunlardan sonra ölkəmizə qayıdacaq.

 






 

Digər xəbərlər