8-ci turun hakim təyinatları açıqlandı

8-ci turun hakim təyinatları açıqlandı
Futbol
16 Oktyabr 2018 - 10:37
Premyer Liqada 8-ci turun hakim təyinatları açıqlanıb.

Supersport.Az xəbər verir ki, FİFA referilərimizdən Əliyar Ağayev "Keşlə" - "Zirə", Rəhim Həsənov isə "Qəbələ" - "Neftçi" matçını idarə edəcək. Digər təyinatlar aşağıdakı kimidir:


20 oktyabr (şənbə)

“Qəbələ” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu. Saat 17:00

“Qarabağ” – “Səbail”
Hakimlər
: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Azersun Arena. Saat 19:00

21 oktyabr (bazar)

“Sumqayıt” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
Bayıl Arena. Saat 17:00

“Keşlə” – “Zirə”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
ASK Arena. Saat 19:00

Digər xəbərlər