İbrahim Şehiçin komandası şeytanın qıçını qırdı

İbrahim Şehiçin komandası şeytanın qıçını qırdı
Futbol
07 Oktyabr 2018 - 08:01
Supersport.Az-ın məlumatına görə, Türkiyə çempionatının 8-ci turunda “Böyükşehir Bələdiyyə Ərzurumspor” “Aytemiz Alanyaspor”u sınağa çəkib.

Ərzurum klubu yeni baş məşqçi Mehmet Özdilək ilə ilk qələbəsini qazanıb. Yeganə qolu 54-cü dəqiqədə Taylan Antalyalı vurub. Bu oyunda maraqlıdır ki, qalib komandanın start heyətində dəyişiklik edilməyib. Qolkiper İbrahim Şehiç 90 dəqiqə meydanda olub.

“Ərzurumspor” xalını 5-ə çatdırıb, “Alanyaspor” 12-də qalıb.

Ərzurum klubu növbəti turda “Trabzonspor”un qonağı olacaq.

 

Digər xəbərlər