"Arsenal"ın erməni futbolçunu Bakıya gətirməyəcəyi xəbəri təsdiqləndi

"Arsenal"ın erməni futbolçunu Bakıya gətirməyəcəyi xəbəri təsdiqləndi
Futbol
01 Oktyabr 2018 - 16:32
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ikinci oyununda Bakıda "Qarabağ"la qarşılaşacaq "Arsenal" erməni futbolçusu Henrix Mxitaryanı böyük ehtimalla ölkəmizə gətirməyəcək.

İngiltərə klubu 29 yaşlı oyunçunu təhlükəsizlik və zədə səbəbi ilə Bakıya gətirmək istəmir.

Məlum olduğu kimi, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün iki ölkə arasında münasibətlər gərgindir.

Bu futbolçu 2015-ci ildə "Qəbələ" - "Borussiya" matçında da ölkəmizə gətirlməmişdi.
Erməni yarımmüdafiəçi bir müddət əvvəl sağ ayağından xəsarət aldığı üçün Premyer Liqada iki oyunda iştirak edə bilməyib. Henrix "Arsenal"ın "Everton"u 2 qolla məğlub etdiyi oyunda "18-lik"də yer almayıb, "Uotford"la 2:0 hesablı qalibiyyət əldə olunan qarşılaşmada isə baş məşqçi Unai Emeri matçın iştirak siyahısında yer alan futbolçunu meydana buraxmayıb. Böyük ehtimalla erməni oyunçu Bakıya gətirilməyəcək.


Supersport.Az-ın bu xəbəri təsdiqini tapıb. İngiltərə mətbuatı Azərbaycan və Ermənistan arasında gərginlik səbəbindən erməni futbolçunun Bakıya səfərinin baş tutamayacağını qeyd edib.


Xatırladaq ki, Avroliqada "Qarabağ" - "Arsenal" oyunu 4 oktyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

 

 

Digər xəbərlər