"Qarabağ" "Arsenal"la oyunda ikiqat əziyyət çəkməlidir" - Video

"Qarabağ" "Arsenal"la oyunda ikiqat əziyyət çəkməlidir" - Video
Futbol, Video
30 Sentyabr 2018 - 02:26
Supersport.Az Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Sabah"a iki qolla qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında fikirlərini videogörüntüyə alıb.


Təcrübəli mütəxəssis öncə oyunla bağlı açıqlama verib:

- Futbolçularımı təbrik edirəm. Gözəl qələbə qazandılar. Həddindən artıq çətin oldu, buna baxmayaraq, istəyimizə çatdıq. Bu gün çox yaxşı müdafiə olunan komandaya qarşı oynadıq, rəqib əks-hücumda da təhlükəli idi. Meydanda görünürdü ki, rəqib çox hazırlıqlıdı. Futbolçularım çətinlik çəkdi, ancaq ümumilikdə intizamlı oynadılar. Azarkeşlərimizə də təşəkkür edirəm, stadionun hər yerində onları hiss edirdim.

- Avropa Liqasının qrup mərhələsinin "Arsenal"la oyun ərəfəsində müdafiəyə xüsusi diqqət yetirən komandaya qarşı oynamaq kollektivə necə təsir göstərəcək?

- Əlbəttə, fərqli rəqiblərdir. Ancaq qalib gəlmək, xallarımızı artırmaq istəyirdik. Baxmayaraq ki, futbolçularımız yaxşı oynadı, ancaq çox əziyyət çəkdilər. "Arsenal"la oyunda iki qatını etməliyik.

- Əvəzetmələr oyuna görə oldu?

-  Bəlkə, bir dəyişiklik fərqli oldu. Amma ümumilikdə, oyunun gedişatına görə dəyişiklik edirik. Bəzi oyunçular var ki, onlara istirahıt vermək istəyirdim. Bugünki dəyişiklər sırf oyunun gedişatına görədir.

- "Sabah"ın heyətində milliyə namizəd varmı?

- Hər hansı fikir söyləyə bilmərəm. Millidə oynayan oyunçu var – Cavid İmamverdiyev. Xüsusi qeyd edəcəyim oyunçu yoxdur.

- BOS-da keçirilən son oyunda ot örtüyü elə də ideal deyildi. Stadionun indiki durumu necədir?

- Orada işlər gedir. Fikirlər həmin stadiona yönəlib. Düşünürəm ki, son oyuna nisbətən xeyli fərqli olacaq.

Anar Cəfərsoy

Digər xəbərlər