UEFA prezidentinin çirkin oyunu: türklərə qarşı

UEFA prezidentinin çirkin oyunu: türklərə qarşı
Futbol
29 Sentyabr 2018 - 12:00
UEFA-nın Avro-2024-ün ev sahibliyinin Türkiyəyə yox, Almaniyaya verməsi ədalətsiz qərar hesab olunur.

Supersport.Az-ın qardaş ölkənin mətbuatına istinadən məlumatına görə, qitə qurumunun prezidenti Aleksander Çeferin Türkiyənin masada məğlub edilməsində bir nömrəli aktyor olub.

Avropa futboluna rəhbər seçilməkdə ən böyük dəstəyi türklərdən alan sloveniyalı Çeferinin "TFF-nin verdiyi dəstəyi unuda bilmərəm" dediyi halda, bunu söz olaraq işlətdiyi təsdiqini tapıb.

Türkiyə mətbuatının iddiasına görə, qitə çempionatının seçimi ərəfəsində UEFA prezidenti İcraiyyə Komitəsinin 5 üzvünün fikrini dəyişdirməsi, türklərin əleyhinə səsverməsinə nail olub. Seçimdə Almaniyaya 12, Türkiyəyə 4 şəxs səs verib. Əgər türklərin əleyhinə təbliğat aparılmasaydı, onlar 9:7 hesablı qələbə qazanacaqdı.

TFF rəhbərliyi seçimdən sonra şoka düşüb. Türk qurumunun prezidenti Yıldırım Dəmirörən, birinci vitse-prezidenti Sərvət Yardımcı və başqa şəxslər UEFA prezidentinə sərt etirazlarını bildiriblər. Bildirilir ki, 2020-cil Avropa çempionatına ev sahibliyi üçün ingilislər almanlardan dəstək istəyib və bunun əvəzində Avro-2024-lə bağlı seçimdə kömək edəcəyini vəd vermişdi.

UEFA prezidentliyi seçkisində TFF-nin Çeferinə qarşı çıxmayacağı, ancaq heç bir dəstək də verməyəcəyi bildirilir.

Qitə qurumu indiyə qədər 12 mötəbər yarışı keçirməyə qərar verib.

2006-cı il Dünya Kubokuna ev sahibliyi seçimində almanların 10 milyon avro rüşvət verərək 12:11 hesabıyla qalib gəldiyi qalmaqalı davam etdiyi halda, UEFA qitə çempionatında təşkilatçılığı Almaniyaya həvalə edib.

Bir müddət əvvəl "Ştuttqart" azarkeşləri UEFA və alman qurumunun əleyhinə "Sizi pul birləşdirir", "Avropa futbolunun qəlbində rüşvət" pankartı açmışdı.

Fransız Mişel Platini UEFA prezidenti olan zaman Avro-2016 üçün seçimdə Türkiyə Fransıya 7:8 hesabıyla uduzdurulmuşdu. Rüşvətə almaqda ittiham olunan FİFA-nın keçmiş rəhbəri Yozef Blatterlə Platini futboldan qovuldu.
Türkiye'nin arkasından kirli pazarlık!



 



 

Digər xəbərlər