"Qarabağ" - "Arsenal" oyununa maraq artır

"Qarabağ" - "Arsenal" oyununa maraq artır
Futbol
28 Sentyabr 2018 - 00:01
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda oktyabrın 4-də keçiriləcək "Qarabağ" -  "Arsenal" qarşılaşmasına maraq artır.

Bakı Olimpiya Stadionunda baş tutacaq matça satılan biletlərin sayı 30 mindən çoxdur.

Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.

Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.


Satış məntəqələri:

Qarabağ FK Fan-şop (Park Bulvar)

İticket kassaları

Sumqayıt şəhəri (ASAN Xidmət)

28 Mall

Gənclik Mall

Digər xəbərlər