Rüstəm Orucovun acizliyi - Şəkillər

Rüstəm Orucovun acizliyi - Şəkillər
Digər, Cüdo, Foto
24 Sentyabr 2018 - 16:06
Supersport.Az Bakıda davam edən cüdo üzrə dünya çempionatında 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucovun mübarizə apardığı məqamları görüntüyə alıb. Şəkilləri fotomüxbirimiz Vüsal Şirəliyev təqdim edir.

İlk iki qarşılaşmada idmançımız əvvəlcə 1/32 final mərhələsində misirli Muhəmməd Mohyeldini, ardından Birləşmiş Ərəb Əmirliyinin təmsilçisi Viktor Skvortovu ipponla məğlub edib.

Rüstəm Orucov 1/8 final mərhələsində Monqolustan idmançısı Tsend-Oçir Tsoqtbaatarla qüvvəsini sınayıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunmuş vaxtda "qızıl xal" qazanan monqol cüdoçu güclü olduğunu göstərib. Bir məqamı bildirək ki, Rüstəm Orucov döyüşdə aciz güləşib, fiziki yorğunluğunu aşkar göstərib. Bunun nəticəsində 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının və 2017-ci il dünya çempionatının, habelə IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı dünya çempionatında mübarizəni dayandırıb.



 

Digər xəbərlər