"Neftçi"ylə "Zirə"nin baş məşqçisi qovuldu - Video

"Neftçi"ylə "Zirə"nin baş məşqçisi qovuldu - Video
Futbol, Video
23 Sentyabr 2018 - 02:10
Supersport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunda "Zirə" - "Neftçi" oyunu qalmaqalla yadda qalıb.

Matçın 45-ci dəqiqəsində baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.

Buna iki mütəxəssisin bir-birinə qarşı xoşagəlməz ifadələr işlətməsi səbəb olub. Baş məşqçilər tribunaya qalxdıqdan sonra orada söhbət edərək ayrılıblar. Qısa müzakirədən sonra onlar ilk hissənin fasiləyədək olan kiçik bölümünü birgə izləyiblər.

Qeyd edək ki, "Zirə" - "Neftçi" matçında ilk hissə hesab 1:1 olub.

 

Digər xəbərlər