"Qarabağ" Geryeni satmaq istəyir?"- Video

"Qarabağ" Geryeni satmaq istəyir?"- Video
Futbol, Video
23 Sentyabr 2018 - 00:31
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ilk turunda öz meydanında "Qarabağ"ı məğlub edən "Sportinq"in baş məşqçisi Joze Pezeyru fikirlərini bildirib:


"Oyuna nəzarət tərəfimizdə oldu. Düzdür rəqibin də şansları oldu. "Qarabağ"ın səhvlərini gözləyirdik. Ona görə də bir qədər ehtiyatlı olmağa çalışırdıq. Rəqibimiz çox yaxşı komandadır. Vingerlərimiz bəzən lazımi qədər sürətli ola bilməsələr də, meydanda üstün olduğumuzu göstərdik. Müdafiəçilərimiz yaxşı oynadılar. Daha çox qol vura bilərdik. 13 il əvvəl bu komanda ilə uğur qazanmışıq. UEFA kubokunun finalında oynadığımız yəqin ki, yadınızdadır. Bundan sonra da yüksək hədəflər uğrunda mübarizə aparacağıq. Qələbə yaxşıdır, amma davamini gətirmək vacibdir. Bas Dostun yoxlğuna görə narahat olmayın. Yaxşı futbolçularımızın sayı çoxdur. Möhtəşəm ab-havaya görə azarkeşlərə minnətdarlığımı bildirirəm. "Qarabağ" üzərində qələbə təbii ki, yaxşıdır. Məqsədimiz qrupdan çıxmaq olsa da, indidən nəsə demək çətindir. Cəmi bir oyun geridə qalıb. Qarşıda hələ çox görüşlərimiz var".

Portuqaliyalı mütəxəssis, Azərbaycanın "Futbol+" qəzetinin müxbiri Həbib Aslanovun "Qarabağ"ın futbolçusu Vild-Donald Gerye ilə bağlı sualına belə cavab verib:

"O, yaxşı oyunçudur, amma Miçeli də unutmaq olmaz. Amma siz bunu məndən nə üçün soruşdunuz? "Qarabağ" Geryeni satmaq istəyir?"

Digər xəbərlər