"Sportinq"in hücumçusunun qazancı

"Sportinq"in hücumçusunun qazancı
Futbol
03 Sentyabr 2018 - 22:01
Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi "Sportinq"in forvardının Jovane Kabralın qazancı məlum olub.

Supersport.Az-ın Portuqaliya mətbuatına istinadən məlumatına görə, 20 yaşlı futbolçu mövsüm ərzində 100 min avro gəlir əldə edir. Hücumçuya müqaviləyə əsasən birdəfəlik 30 min, 5 oyundan bir 20 min verilir.

Qeyd edək ki, Jovane Kabral "Sportinq"in "Feyrense"ni məğlub etdiyi son oyunda qələbə qolunu vurub.

Digər xəbərlər