"Arsenal"ın direktoru "Qarabağ"ı hesabdan sildi

"Arsenal"ın direktoru "Qarabağ"ı hesabdan sildi
Futbol
02 Sentyabr 2018 - 16:02
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Arsenal"ın baş direktoru Devid Maylz püşkü dəyərləndirib.

Klub rəsmisi, komandasının "E" qrupunda "Sportinq", "Qarabağ" və "Vorskla" ilə qarşılaşacağından razı qalıb.

"Arsenal"ın direktoru, Avroliqanın qalibi olmağın əsas hədəf olduğunu qeyd edib:

"Avropa Liqasının qalibi olaraq Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik. Çalışacağıq ki, premyer liqada buna nail olaq. Hazırda 6 güclü komanda var. Bununla yanaşı, bildirim ki, məşqçimiz təcrübəlidir.

Püşkün nəticəsinə gəlincə, "Arsenal" və "Sportinq" üçün xoş oldu. Hər iki komanda qrupun favoritidir. "Sportinq"i çox yaxşı tanımıram. Ancaq məşqçimiz Unai Emeri rəqibi yaxşı təhlil edəcək. Son dəfə 1969-cu ildə qitə yarışında qarşılaşıb qələbə qazanmışdıq".

Digər xəbərlər