Avropa Liqasının E qrupunda keçiriləcək “Vorskla” – “Qarabağ” oyununun stadionu dəqiqləşib.
Supersport.Az-ın Ukrayna klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, görüş Aleksey Butovski adına Vorskla stadionunda oynanılacaq. Artıq sözügedən arena Poltava təmsilçisinin Avroliqada ev oyunlarını keçirəcəyi stadion kimi təsdiqlənib.