Qurban Qurbanov: "Uğur qazandığım futbolçuları pisləyə bilmərəm" - Video

Qurban Qurbanov: "Uğur qazandığım futbolçuları pisləyə bilmərəm" - Video
Futbol, Video
27 Avqust 2018 - 06:41
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 3-cü tur çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

- Hər iki komandanı təbrik edirəm. Bu oyuna son zamanların ən yaxşı dərbisi demək olar. Futbolçularımız sona qədər mübarizə apardılar, onlardan razı qaldım. Çoxlu qol epizodları oldu. Düşünürəm yaxşı oyun oldu.

- "Neftçi" ilk hissədə daha çox pressinq edirdi. İkinci hissə isə bunu görmədik. Rəqibin pressinqi sizə problem yaratdımı?

- Dəfələrlə demişəm ki, 90 dəqiqə pressinq etmək asan deyil. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Hər iki komandanın oyunundan razı qaldım.

- Miçel və Zubirin vəziyyəti necədir?

- Miçel 15 gün olmayacaq. Zubir əsas heyət oyunçumuzdu. Matça buraxmaqda ehtiyat etdim. Ümid edirəm ki, "Şerif"lə oyuna hazır olacaq.

- Jezniçak sanki rəqabətdə digər müdafiəçilərə uduzur. Bu onun oyununda zəifliklə əlaqədardırmı?

- 20 futbolçumuz var. Hər birinə güvənirəm. Bəzi oyunlarda Rəşad, bəzilərində Jezniçak oynayır. Uğur qazandığım futbolçuları pisləyə bilmərəm.

- Son dəqiqələrdə sanki daha aqresiv idiniz. Həyəcan var idimi?

- Nəticədən asılı olmayaraq, həmişə həyəcan olur. İşimiz asan deyil. Bu gün daha aktiv idim. Bir neçə dəfə meydana daxil olmuşdum. Normal hallardı bu.

- Filip Ozobiçi gələcək oyunlarda oyun qurucu kimi oynatmağı düşünürsünüzmü?

- Ozobiç verilən tapşırıqları layiqincə yerinə yetirdi.


 

Digər xəbərlər