PSV BATE-nin məğlubedilməzliyinə son qoydu - Video

PSV BATE-nin məğlubedilməzliyinə son qoydu - Video
Futbol, Video
22 Avqust 2018 - 00:50
Bu gün Çempionlar Liqasının pley-off mərhələsi başlayıb.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

"Qarabağ"ı ÇL-dən kənarlaşdıran BATE komandası evdə PSV klubu ilə qarşılaşıb.

Belarus çempionu 5 ildir ki, doğma divarlarda avrokubokların seçmə mərhələsində məğlub olmurdu.

Niderland klubu isə son 10 oyunda qitə yarışında qələbə qazana bilmirdi. PSV BATE-yə qalib gələrək rəqibin məğlubedilməziliyinə son qoyub.


"Benfika" Portuqaliyada PAOK-la üz-üzə gəlib.

Digər oyunda isə "Srvena Zvezda" (Serbiya) evdə Avstriyanın "Zalsburq" komandasını qəbul edib.

21 avqust

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. BATE (Belarus) - PSV (Niderland) 2-3

Qollar: Yasse Tuominen 9, Aleksandr Qleb 88 - Qaston Pereyro 35-pen, Hirvinq Lozano 61, Donyell Malen 89

23:00. "Benfika" (Portuqaliya) - PAOK (Yunanıstan) 1-1

23:00. "Srvena Zvezda" (Serbiya) – "Zalsburq" (Avstriya) 0-0

Digər xəbərlər